Ucnoqta.az
www.ucnoqta.az

Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - <font color=red><b>Nazir</b></font>

15:30 - 24 May 2021 tarixində dərc olunub.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda, infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir.

Ümumiyyətlə, fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.

Müəllif: