Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə kafe yanıb

20:47 - 23 May 2021 tarixində dərc olunub.

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən kafedə qeydə alınıb. Sözügedən ünvanda yerləşən kafedə anidən yanğın başlayıb. Hadisə yerinə FHN-ın yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, kafenin qalan hissəsi yanğında mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: