Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda binanın damından meyit tapılıb

19:25 - 23 May 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Ruslan Rafiq oğlunun meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: