Ucnoqta.az
www.ucnoqta.az

“Avroviziya-2021”də Azərbaycanı bu ölkələr dəstəklədi - <font color=red><b>SİYAHI</b></font>

11:03 - 23 May 2021 tarixində dərc olunub.

Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, İtaliya təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xalla birinci yerə çıxıb. 

Finalda Azərbaycanı təmsil edən Samirə Əfəndiyə səs verən ölkələrin adları məlum olub. Belə ki, bu dəfəki yarışmada ölkəmizə ən çox səs verən Rusiya olub (8 xal).

Samirə Əfəndiyə səs verən ölkələrin siyahısını təqdim edirik:

1. Rusiya - 8 xal
2. Moldova - 6 xal
3. Gürcüstan - 5 xal
4. Ukrayna - 3 xal
5. İsrail - 2 xal
6. Albaniya - 2 xal
7. İrlandiya - 2 xal
8. İsveçrə - 2 xal
9. Niderland - 2 xal

Müəllif: