Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ər həyat yoldaşını bıçaqlayıb

23:16 - 22 May 2021 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Atakişiyeva Səbirə Ənvər qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: