Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda intihara cəhdin qarşısı alınıb

20:44 - 22 May 2021 tarixində dərc olunub.

Ağdamda 23 yaşlı gənc zəhərli maddə içərək intihara cəhd edib.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə sakini Abdullayev Nurlan Mehman oğlu yaşadığı evdə gəmiriciləri məhv etmək üçün istifadə olunan məhlulu içib.

N.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: