Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırdı

09:00 - 22 May 2021 tarixində dərc olunub.
Abşeronda intihara cəhd hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: