Ucnoqta.az
www.ucnoqta.az

Yol polisi Kürdəmirdə reyd keçirdi - <font color=red><b>12 sürücü cərimələndi - FOTO</b></font>

23:37 - 21 May 2021 tarixində dərc olunub.

Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan 12 nəfər sürücü barəsində inzibati protokollar tərtib olunub. Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər ilin sonuna qədər davam etdiriləcək.///report

Müəllif: