Ucnoqta.az
www.ucnoqta.az

Daha 7 şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır

11:18 - 20 May 2021 tarixində dərc olunub.

Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıda birbaşa uçuşlara başlayır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtına birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən Samaradan həyata keçiriləcək.

Xatırladaq ki, hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı aviareyslər reallaşdırır.

Müəllif: