Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada külli miqdarda narkotik vasitə məhv edilib

10:38 - 20 May 2021 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Müəllif: