Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən 81 yaşlı şəxsin meyiti tapıldı

09:11 - 19 May 2021 tarixində dərc olunub.

Bakıda mənzildən kişi meyiti tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Müəllif: