Ucnoqta.az
www.ucnoqta.az

Bakıda traktor piyadanı vurdu

08:40 - 19 May 2021 tarixində dərc olunub.
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, traktor arxaya verərkən 1951-ci ildə Qəhrəmanov Adil Qəhrəman oğlunu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır nahiyəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır.
Müəllif: