Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda yük avtomobili yanıb

09:14 - 17 May 2021 tarixində dərc olunub.

Göyçay rayonunda yük avtomobili yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kəndində "QAZ" markalı yük avtomobilinin qoşqusunun təkərləri və qoşquya yığılan 2 ton ot bağlaması yanıb. Avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: