Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə avtomobil dirəyə çırpılıb - <font color=red><b>2 nəfər ölüb</b></font>

19:02 - 16 May 2021 tarixində dərc olunub.

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

Hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ” 2106 markalı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. 

Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Ölən və xəsarət alanların kimliyi araşdırılır.///apa

Müəllif: