Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 37 yaşlı qadını avtomobil vuraraq öldürüb

18:33 - 16 May 2021 tarixində dərc olunub.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub.
Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Müəllif: