Ucnoqta.az
www.ucnoqta.az

Qaxda 56 yaşlı kişi evində ölü tapıldı

23:02 - 15 May 2021 tarixində dərc olunub.

Qaxda 56 yaşlı kişi ölmüş vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Alatəmir kəndində baş verib. Belə ki, 1965-ci il təvəllüdlü Anulaşvili Mindia Sergeyoviç öz evində ölmüş vəziyyətdə tapılıb.

Şahidlərin dediyinə görə, M.Anulaşvili evdə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: