Ucnoqta.az
www.ucnoqta.az

Masallıda ər keçmiş arvadını bıçaqladı

20:54 - 14 May 2021 tarixində dərc olunub.

Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: