Ucnoqta.az
www.ucnoqta.az

Qubada keçmiş məhkumun həyətində çətənə kolu aşkar edilib

20:39 - 14 May 2021 tarixində dərc olunub.

Qubada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş S.Novruzova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Əməliyyat zamanı oradan 3 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Müəllif: