Ucnoqta.az
www.ucnoqta.az

Qaxda təhlükəsizlik kəməri taxmayan sürücülər cərimələndi - <font color=red><b>Foto</b></font>

12:51 - 14 May 2021 tarixində dərc olunub.

Qaxda təhlükəsizlik kəmərindən istifadən etməyən sürücülər barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokol tərtib olunub.

Müəllif: