Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 58 yaşlı qadını avtomobil vurdu

10:32 - 14 May 2021 tarixində dərc olunub.

Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.

Müəllif: