Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Ramazan ayının sonuncu <font color=red><b>günüdür</b></font>

11:00 - 12 May 2021 tarixində dərc olunub.

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.
QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

Müəllif: