Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğurluq edən bacılar saxlanılıb

12:42 - 11 May 2021 tarixində dərc olunub.

Bakıda oğurluq edən bacılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: