Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda avtomobil 72 yaşlı piyadanı vurdu - <font color=red><b>Foto</b></font>

00:16 - 11 May 2021 tarixində dərc olunub.

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb. Belə ki, yolda hərəkət edən “VAZ-2107” markalı, 42 BL 428 dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra istiqamətini dəyişərək yol kənarında dayanan piyada, 1949-cu il təvəllüdlü Babayev Qabil Sahib oğlunu vurub.

Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q. Babayevə kəllə-beyin travması, baş təpə nahiyəsində loskutvari yara diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: