Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə yol qəzası olub - <font color=red><b>xəsarət alan var</b></font>

23:48 - 9 May 2021 tarixində dərc olunub.

Ağcabədidə yol qəzası qeydə alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "LADA" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: