Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bir şagirdi olan iki məktəb var

16:46 - 6 May 2021 tarixində dərc olunub.

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".

Müəllif: