Ucnoqta.az
www.ucnoqta.az

Səhiyyə Nazirliyi koronavirusa qarşı üçüncü dozanın vurulmasını təklif edir

09:20 - 6 May 2021 tarixində dərc olunub.

Böyük Britaniyanın Səhiyyə Nazirliyi 50 yaşdan yuxarı vətəndaşların yenidən koronavirusa qarşı vaksinasiya olunmasını təklif ediblər.

“The Times” xəbər verir ki, peyvəndin vurulması payıza planlaşdırılır.
Hazırda Birləşmiş Krallıqda koronavirusun yeni növlərinin meydana çıxması səbəbindən dəyişiklik edilmiş peyvəndlər sınaqdan keçirilir.

Eyni zamanda, səlahiyyətlilər artıq təsdiqlənmiş peyvəndlərin istifadəsi fikrindən də imtina etmirlər. “Pfizer”, “BioNTech”, “AstraZeneca” və “Moderna”  Britaniyada təsdiq olunub.///oxu.az

Müəllif: