Ucnoqta.az
www.ucnoqta.az

Şabranda yas mərasiminin keçirilməsinin qarşısı alınıb <font color=red><b>- Foto</b></font>

20:52 - 4 May 2021 tarixində dərc olunub.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejimini pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi atasının 40-ı ilə əlaqədar yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər. Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: