Ucnoqta.az
www.ucnoqta.az

8 və 16 may tarixlərində ictimai nəqliyyat işləyəcək? - <font color=red><b>BNA</b></font>

12:10 - 4 May 2021 tarixində dərc olunub.

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. 

Müəllif: