Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 61 yaşlı kişi intihar edib

16:48 - 3 May 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: