Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

11:18 - 2 May 2021 tarixində dərc olunub.

Gürcüstanda Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

“Report”un yerli bürosu xəbər verir ki, sərnişinlər təxliyə olunub. “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb.

Şirkət hadisə yerinə əlavə qatar göndərib.
Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: