Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə evdən kişi meyiti aşkarlanıb

20:18 - 1 May 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Quliyev Vaqif Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif: