Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada uğursuz hərbi sınaq: <font color=red><b>Raket buraxıldığı gəminin yanına düşdü - VİDEO</b></font>

12:08 - 30 Aprel 2021 tarixində dərc olunub.

Rusiya Hərbi Dəniz Donanmasının modernizə edilmiş “Marşal Şapoşnikov” freqatında “Kalibr-NK” qanadlı raketinin sınağı uğursuzluqla nəticələnib.

Görüntülər Türkiyənin TRT kanalının “Facebook” səhifəsində yayımlanıb.
Videodan aydın görünür ki, raket gəminin buraxılış qurğusundan çıxır, bir neçə metr yüksəkliyə qalxır, amma təyin edilmiş hədəfə doğru uçmaq əvəzinə havada xaotik dövrə vurur və qayıdıb dənizə, gəminin yaxınlığına düşür.///oxu.az

Müəllif: