Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

22:34 - 25 Aprel 2021 tarixində dərc olunub.
Mingəçevirdə daha bir məktəb müvəqqəti olaraq distant təhsilə keçib. APA-nın məlumatına görə, 6 saylı şəhər orta məktəbinin kollektivi arasında koronavirus infeksiyasının qeydə alınması səbəbindən təhsil ocağında ənənəvi tədris müvəqqəti olaraq dayandırılıb. Bundan sonra məktəbdə tədris distant qaydada aparılacaq.
Müəllif: