Ucnoqta.az
www.ucnoqta.az

Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi

20:14 - 23 Aprel 2021 tarixində dərc olunub.

Rusiyanın "Aeroflot" aviaşirkətinin Moskvadan Bakıya hərəkət edən təyyarəsi sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar Mineralnıye Vodı şəhərinin hava limanında təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə hava limanı bildirib. Qeyd olunur ki, sərnişin Mineralnıye Vodıda endikdən sonra təyyarə Bakıya uçuşunu davam etdirib.

Müəllif: