Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə "Pikap" aşıb, ölən var

11:49 - 22 Aprel 2021 tarixində dərc olunub.

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 21-də saat 7 radələrində Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: