Ucnoqta.az
www.ucnoqta.az

ABŞ səfiri Moskvanı tərk etdi -<font color=red><b> Foto</b></font>

11:34 - 22 Aprel 2021 tarixində dərc olunub.

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Moskvadakı iqamətgahından ayrılaraq hava limanına yollanıb.

Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Diplomatın iqamətgahı tərk etməsinin şahidi olan agentliyin müxbiri Sallivanın avtomobilinə üç çamadan yüklədiyini bildirib.

Xatırladaq ki, 16 aprel tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov Kremlin Sallivana Moskva və Vaşinqton arasındakı münasibətlərlə əlaqədar yeni rəhbərliklə məsləhətləşmələr aparmaq üçün ABŞ-a getməsini tövsiyə etdiyini açıqlamışdı.///qafqazinfo

 

Müəllif: