Ucnoqta.az
www.ucnoqta.az

Bakıda baş verən yanğın <font color=red><b>söndürülüb</b></font>

00:12 - 22 Aprel 2021 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


23:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Müəllif: