Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şirkətin ofisində yanğın baş verib - <font color=red><b>Foto</b></font>

23:10 - 20 Aprel 2021 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.
FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.

Müəllif: