Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə 14 yaşlı oğlan su kanalında batıb

18:56 - 20 Aprel 2021 tarixində dərc olunub.

Siyəzəndə 14 yaşlı oğlan su kanalında batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Müəllif: