Ucnoqta.az
www.ucnoqta.az

Hava şəraitinin dəyişəcəyi ilə bağlı <font color=red><b>XƏBƏRDARLIQ</b></font>

14:28 - 20 Aprel 2021 tarixində dərc olunub.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: