Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda tələbə özünü asdı

22:59 - 19 Aprel 2021 tarixində dərc olunub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

Ucnoqta.az xəbər verir ki, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.
Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Müəllif: