Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda çayxana yanıb

20:33 - 19 Aprel 2021 tarixində dərc olunub.

Tovuzda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Qovlar şəhərində parkdakı çayxanada qeydə alınıb.
Sözügedən parkda 1944-cü il təvəllüldü Sahib Zeynalova məxsus yarımtikilidə yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.///apa

Müəllif: