Ucnoqta.az
www.ucnoqta.az

İranda paradda nümayiş etdirilən PUA yaşayış məhəlləsinə düşdü – <font color=red><b>VİDEO</b></font>

15:00 - 18 Aprel 2021 tarixində dərc olunub.

İranda Ordu günü münasibətilə hərbi parad keçirilib.

Press TV-nin yaydığı xəbərə əsasən, tədbir zamanı bir neçə növ pilotsuz uçuş aparatları da nümayiş olunub. Parad zamanı təqdim olunan “Kamran-22” zərbə PUA-sı daha böyük marağa səbəb olub.
Sosial şəbəkələrdə isə uçuş göstəriləri keçirilən dronlardan birinin İsfahanın yaşayış məhəlləsinə düşməsini əks etdirən videoğörüntülər yayılıb.

Qeyd edək ki, insidentlə bağlı heç bir əlavə məlumat verilməyib.


​///oxu.az

Müəllif: