Sumqayıtda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb
09:34 - 18 Aprel 2021 tarixində dərc olunub.
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin"112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.