Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda iki minik avtomobili toqquşub

22:07 - 16 Aprel 2021 tarixində dərc olunub.
Cəlilabad rayonunda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, yol qəzası zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: