Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ramazan ayında karantini yenidən sərtləşdirir

20:35 - 13 Aprel 2021 tarixində dərc olunub.

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi daha da sərtləşdirilib.

“Anadolu” Agentliyi xəbər verir ki, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.
Qərara əsasən, ölkə ərazisində tətbiq olunan komendant saatının vaxtı artırılır və bundan sonra 19:00-dan 05:00-dək olan müddəti əhatə edəcək.

Həmçinin, ölkə sakinlərinin şəhərlərarası hərəkəti də qadağan olunub.
Sözügedən tədbirlər Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.///report

Müəllif: