Ucnoqta.az
www.ucnoqta.az

Lukaşenko Azərbaycana gəlib - <font color=red><b>Foto</b></font>

18:24 - 13 Aprel 2021 tarixində dərc olunub.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlib.

APA-nın "BelTa"ya istinadən verdiyi xəbərə görə, Belarus liderini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında Prezident Lukaşenkonu Belarus və Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

Belarus Prezidentinin səfəri iki gün çəkəcək.

Müəllif: