Ucnoqta.az
www.ucnoqta.az

"Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır" - <font color=red><b>Prezident</b></font>

10:51 - 13 Aprel 2021 tarixində dərc olunub.

Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər".

Müəllif: