Ucnoqta.az
www.ucnoqta.az

Damlanın oxuduğu toyda atəş açıldı: <font color=red><b>Polis əməliyyat keçirdi - FOTO/VİDEO</b></font>

15:22 - 12 Aprel 2021 tarixində dərc olunub.

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqın edib.

“Qafqazinfo” xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda odlu silahdan havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil İbrahimov da olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri də “Instagram” səhifəsində yerləşdirib.

Müəllif: