Ucnoqta.az
www.ucnoqta.az

Bakıda silahlı <font color=red><b>İNSİDENT:</b></font> Avtomobilə atəş açılıb - <font color=red><b>FOTO</b></font>

07:26 - 12 Aprel 2021 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda silahlı insident baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb. Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb.

İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Müəllif: